AZ

Mourinyo üçün “xəbər daşıyan” rəqib futbolçu

Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Marsel Şmeltser Joze Mourinyoyla bağlı maraqlı xatirəsini paylaşıb. Bütün karyerasını eyni kluba həsr edən 36 yaşlı alman oyunçu rəqib məşqçiyə yardım edib.

Futbolinfo.az xəbər verir ki, Şmeltser Çempionlar Liqasında bir matç zamanı “Real”ın baş məşqçisinin ona göstəriş verdiyini deyib: “Topu autdan oyuna daxil edərkən Mourinyo mənə yaxınlaşdı. Ciddi şəkildə təlimat verməyə başladı. Sanki Madrid klubunun oyunçusuyam və digər yoldaşlarıma tapşırığı çatdırmalıyam”.

Portuqaliyalı mütəxəssis Marselə Məsut Özil barədə danışırmış: “Mənə “Məsutun yanına get və ona daha çox irəlini düşünməyi tapşır, qapıya daha yaxın oynasın” dedi. Çaşqınlıqla ona baxdım, cavab vermədim. Az sonra meydanda Özillə yanaşı dayanası olduq və mən də qeyri-ixtiyari olaraq Mourinyonun dediklərini ona çatdırdım. Məni ən çox təəccübləndirən isə Özilin sanki belə olmalıymış kimi məşqçisinə başı ilə “Oldu” işarəsini verməsi idi”.

Xatırladaq ki, həmin vaxt hesabda 0:1 geridə olan “Real” məhz təlimat aldıqdan sonra hücumda fəallığı artıran Özilin 89-cu dəqiqədə vurduğu qolla bərabərliyi təmin etmişdi.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla