AZ

"Uğurlu nəticə istəyiriksə..." - Kərimov

Azərbaycan I Liqasında XIX turun oyunları keçirilir. Dünən baş tutan qarşılaşmada "Karvan" "Difai Ağsu" ilə bərabərliyə razılaşıb - 0:0.

Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov "FutbolPress"ə açıqlamasında qalib gələ bilməmələrinin səbəblərini açıqladı:

"Heyət baxımından problemlər yaşayırıq. Əsas həyətin 4 oyunçusundan istifadə edə bilmirik. Çox istərdik ki, qələbə qazanaq, amma alınmadı. Rəqibin də şansı var idi qələbə üçün, lakin hər iki komanda 1 xala razılaşdı. Həmçinin stadionumuzun ot ötrüyündə olan problem yaxşı çıxış etməmizə mane olur".

Mütəxəssis növbəti turda "Zaqatala" ilə qarşılaşmadan gözləntilərini bölüşdü:

"Çalışacağıq ki, həmin qarşılaşmada özümüzü ən yaxşı tərəfdən göstərək. Çünki turnir cədvəli baxımında bizim üçün vacib qarşılaşmadır. Liderlərdən kənar düşməməyə çalışacağıq. Ümumiyyətlə, qarşıdakı bütün oyunlarda ancaq qələbə qazanmağı hədəfləyirik. Uğurlu nəticə istəyiriksə, qələbə qazanmalıyıq".

Komanda bir neçə turdur qələbə qazana bilmir. Çalışdırıcı bunun da səbəblərini qeyd etdi:

"Qeyd etdiyim kimi, əsas heyətimizdə ciddi itkilərimiz var. Bir futbolçumuz əməliyyat olunub, cəzalı olan oyunçumuz var, bir sözlə bütün bunlar nəticəmizə təsir edir. Çalışacağıq ki, qarşıdakı turlarda qələbələr qazanaq. Yəqin ki, qarşıdakı oyunlarda digər oyunçularımız da bizə qoşulacaq və uğurlu nəticə əldə edəcəyik".

Məlik Məlikov
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla