Azərbaycanda daha bir dərman yoxa çıxarılıb
Azərbaycanda daha bir dərman yoxa çıxarılıb.
Reyting.azxəbər verir ki, bu barədə tanınmış həkim Aydın Əliyev məlumat paylaşıb.
O bildirib ki, “Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm dövlət, həm də özəl tibb müəssisələrində yoxa çıxıb: "Yəni, indi hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyati göstərişlə, təcili olaraq Koronar angioqrafiya müayinəsi lazımdırsa, müayinə etmək mümkün olmayacaq və o xəstə həyatını itirə bilər. Bu necə tibb idarəçiliyidir?”.