AZ

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılması da mümkündür. Bu gün təklif olunan və müzakirə edilən məsələlərdə biri minimum əməkhaqqının artırılmasıdır. Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bəs arşıdakı aylarda ediləcək artımlar ilə əlaqədar minimum əməkhaqqı 400 manata qaldırıla bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib:

"Azərbaycanda minimum əməkhaqqı 400 manat ola bilər. Lakin bu hökumətin verə biləcəyi qərardan asılıdır. Minimum əməkhaqqının artırılmasının iqtisadi düsturu yoxdur. Bu baxımdan onu belə demək mümkün deyil. Bu hökumətin qərarı ilə tənzimlənən inzibati qərardır. Qərardan asılı olaraq minimum əməkhaqqı istənilən məbləğə qədər qaldırıla bilər".

Xatırladaq ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manata, minimum pensiya 280 manata çatıb. Bununla yanaşı, Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Ölkə başçısı bir daha bu məsələyə toxunaraq müəyyən məqamları diqqətə çatdırdı.

Sevda Səfərova

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla