AZ

Saxlanılmış gənc aktivist barədə məlumat verilmir

Güney azərbaycanlı 17 yaşlı aktivist Vəhid Əsğərinin saxlanılmasından 23 gün keçdiyinə baxmayaraq hələ də onu barəsində ailəsinə düzgün məlumat verilmir.

Aktivistin ailəsi təhlükəsizlik və məhkəmə orqanlarına dəfələrlə müraciət etsələr də Əsğərinin dəqiq harda saxlanıldığı və vəziyyəti barədə məlumat verməkdən imtina edirlər. 

Məlumata əsasən Vəhid Əsğəri martın 6-da Təbriz şəhəri Səhənd mikrorayonunda saxlanılıb. 

Məmurlar onun ailə mənzilində axtarış aparmaqla aktivistin şəxsi lavazimatını, mobil telefonu və komüpterini özləri ilə götürərək təhlükəsizlik idarəsinə aparıblar. 

Məlumata əsasən 2006-cı il təvəllüdlü Vəhid 12-ci sinif şagirdi və Səhənd mikrorayonu sakinidir.

visiontv.az



Seçilən
45
Mənbələr
Şərh ()
Bağla