AZ

İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Bakı. Trend:

23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiyaTexnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans(ITTA’2024) keçiriləcək.

Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaatUniversiteti, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləriİnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, PolşanınBydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin EgeUniversiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu vəQazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutununbirgə təşkilatçılığı ilə keçiriləcək.

Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri,universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardanolan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcudelmi və praktiki problemlərin müzakirə edilməsidir.

Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:

Tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədənağıllı bina, ağıllı kənd, ağıllı şəhər);

Süni intellekt və onun tətbiqləri;

Böyük verilənlərin emalı problemləri və üsulları;

Paralel hesablama;

Siqnalın işlənməsi problemləri və üsulları;

Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsindəinformasiya texnologiyaları;

İntellektual idarəetmə sistemləri;

İntellektual informasiya sistemləri;

Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri;

Təhsildə informasiya texnologiyalarının tətbiqi.

Konfransın işçi dili: ingilis dili

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:https://itta.cyber.az

Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla