Bütün iştirakçı ölkələr razılaşarsa, Rusiya Prezidenti Vladimir Putin noyabrda Braziliyada keçiriləcək G-20 sammitinə dəvət oluna bilər.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, 19 ölkənin razılığını almaq Braziliyanın həll edəcəyi problemdir.
Makron xatırladıb ki, Putini 2019-cu ilin avqustunda Fransada keçirilən G-7 sammitinə dəvət etmək fikrindən məhz “Yeddilik” qrupunda bu məsələdə konsensus olmadığına görə imtina edib, əvəzində Rusiya prezidenti ilə ayrıca görüş keçirib.