AZ

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs Lənkəran RMX-ya hospitalizasiya olunub

28.03.2024-cü il tarixində saat 08:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 1997-ci il təvəllüdlü (kişi cinsli) 1 nəfər sol körpücük sümüyünün yerdəyişən sınığı, qasıq nahiyəsinin sıyrılmış yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, yaralıya zəruri ilkin tibbi yardım göstərilib, müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.
 
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla