AZ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Azərbaycan

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki görüş aprelin 24-də baş tutacaq.

Günün ilk matçında “Qəbələ” eyniadlı şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Digər oyunda isə “Neftçi” “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla