AZ

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Ən

Bakı, 29 mart, AZƏRTAC

Ən zəngin amerikalıların 1 faizinin sərvəti 2023-cü ilin sonunda birjanın yüksəlişi sayəsində rekord həddə - 44,6 trilyon dollara çatıb.

AZƏRTAC xəbər verir ki, Federal Ehtiyat Sisteminin hesablamalarına görə, ABŞ-ın ən təminatlı vətəndaşlarının 1 faizinə sərvəti 11 milyon dolları keçən şəxslər daxildir. Ötən ilin dördüncü rübü ərzində onların varidatı 2 trilyon dollar çoxalıb və bu artım bütünlüklə səhmlər hesabına baş verib. Onlara məxsus şirkətlərin səhmlərinin və investisiya fondlarındakı paylarının dəyəri üçüncü rübün sonunda 17,65 trilyon dollardan 19,7 trilyon dollara yüksəlib.

2020-ci ilin əvvəlindən bəri isə ən varlı amerikalılar sərvətlərini 49 faiz artırıblar. Amerika orta sinfinin aktivləri də 50 artıb.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla