AZ

Qaqauziyada Moldova prezidentinin gəlişinə ETİRAZ ETDİLƏR – FOTOLAR

Qaqauziya sakinləri prezident Sandunun gəlişinə qarşı nümayiş keçiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə “GagauzNews” məlumat tatıb.

Moldovanın türkdilli bölgəsi olan Qaqauziyanın sakinləri ölkə prezidenti Mayya Sandunun bölgəyə gəlişi ilə əlaqədar nümayiş keçirib.

Sandu Vulkanesti-Kişinov elektrik verilişi xəttinin açılış mərasimində iştirak etmək üçün Qaqauziyaya gəlib.

Qeyd olunur ki, prezidentin korteji torpaq yol ilə nümayişçilərin ətrafında hərəkət edib. Qaqauz mediasının məlumatına görə, insanlar düz yolda hökumət əleyhinə şüarlar yazılmış plakatlarla dayanıblar.

“Mən öz fikrini bildirən bütün vətəndaşlarla danışmağa hazıram. Bu gün də, ondan əvvəl də gördüyüm o oldu ki, vətəndaşları bura pula görə gətiriblər. Və onlar öz fikirlərini deyil, cinayətkar qruplaşmanın gündəmini ifadə ediblər”, – deyə Sandu sakinlərin bu hərəkətini şərh edib.

Xuraman Etibarlı

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla