AZ

Peskov Alla Puqaçovanın xarici agent kimi tanınması ehtimalı ilə bağlı sualı cavablandırıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin hazırda xaricdə yaşayan müğənni Alla Puqaçovanın xarici agentlər siyahısına salınması ehtimalı ilə bağlı sualını cavablandırıb.

BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişəm", - Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, rusiyalı fəal Vitali Borodinin ölkənin Baş Prokurorluğuna Alla Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı müraciətinə rəsmi cavab gəlib. Müraciətdə qeyd edilir ki, Alla Puqaçovanın xarici agent kimi tanınması proseduru artıq başlayıb.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla