AZ

"Ermənistan ikinci Ukrayna aqibəti yaşaya bilər" - Vahid Əhmədov

"Ötən həftə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş dəhşətli terror aktı bütün dünyanı dərindən sarsıtdı. Baş verən hücum nəticəsində 130- dan artıq insan həlak oldu, 180 dən artıq insan yaralandı. Bu dəhşətli faciə Rusiya tarixində baş verən ən böyük terror aktlarından biri kimi qeydə alındı".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, baş verən bu hadisə terrorun çirkin xislətini göstərməklə yanaşı, milli və regional təhlükəsizlik məsələlərinin önəmini bir  daha ortaya qoydu:

"Dövlətin  milli  təhlükəsizliyinin  səviyyəsi  onun  suverenliyinin  qarantıdır. Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  formalaşdırılan  təhlükəsizlik  sistemi  Azərbaycana  yönəldilən  təxribat  xarakterli  əməllərin  qarşısını  hər  zaman  vaxtında  almaqdadır. Dövlət  Təhlükəsizliyi  Xidməti  və  Xarici  Kəşfiyyat  Xidmətinin  əməkdaşları  çox  yüksək  peşəkarlıq  nümunəsi  göstərərək  milli  təhlükəsizliyin  təmin  olunmasında  həlledici  rol  oynayırlar.Biz  bunun  İkinci  Qarabağ  müharibəsi, eləcə  də  postmüharibə  dövründə  bir  daha  şahidi  olduq. Təsadüfi  deyil  ki, DTX-nın  və  hüquq  mühafizə  orqanlarının  ayıq-sayıqlığı  nəticəsində  qeyd  olunan  dövrlər  ərzində  ölkəmizdə  bir  dəfə  də  olsun  terror  aktı  baş  vermədi. Moskvada  baş  verən  dəhşətli  terror  hücumundan  sonra, ölkəmizdə  sabitliyi  pozmaq  istəyən  qüvvələr  də  aktivlik  göstərməyə  başladı. Lənkəranın  rayon  İcra  Hakimiyyətinin  başçısına, eləcə  də  Azərbaycanın  bəzi  rayonlarında  fərdi  qaydada  ingilis  dili  müəllimi  kimi  fəaliyyət  göstərən  xarici  ölkə  vətəndaşına  qarşı  sui-qəsd  həyata  keçirməyi  hədəfləyən  dəstə  DTX-nın  operativ  tədbirləri  sayəsində  vaxtında  zərərsizləşdirildi.

Tarixən  qonşu  Ermənistan  tərəfindən  vaxtaşırı  terror  hücumlarına  məruz  qalan  Azərbaycan  regional  təhlükəsizlik  məsələsinə  də  çox  həssaslıqla  yanaşır. Qarabağda  keçirilən  antiterror  əməliyyatları  zamanı  24  saatdan  az  müddət  ərzində  öz  suverenliyini  bərpa  edən  Azərbaycan, erməni  terrorçularını  qısa  müddətdə  diz  çökdürdü. Keçirilən  əməliyyatlar  lokal  xarakterli  olmasına  baxmayaraq , regional  təhlükəsizliyin  təmin  olunması  baxımından  mühüm  önəmə  malik  idi.Suverenliyimizin  bərpa  olunmasından  və  antiterror  əməliyyatlarından  xeyli  zaman  keçməsinə  baxmayaraq, Ermənistan  hələ  də, Azərbaycanla  sülh  müqaviləsi  imzalamaqdan  boyun  qaçıraraq, regionu  qarışdırmaq  cəhdlərinə  davam  edir. Aprelin  5-də  Ermənistan  baş  naziri  Nikol  Paşinyanın Brüsseldə  Avropa  Komissiyasının  prezidenti    Fon  der  Lyayen  və  ABŞ  dövlət  katibi  Entoni Blinkenlə  görüşü  nəzərdə  tutulub. Görüşdə, Avropa  İttifaqı  və  ABŞ-ın  Ermənistana  təhlükəsizlik  zəmanəti  vermək  üçün  pakt  imzalacağı  ehtimal  olunsa da,mövcud  geosiyasi  reallığı  reallığı  nəzərə  alarsaq,  bu  real  görünmür. Ermənistanın  bu  düşünülməmiş  addımı  onun  İkinci  Ukrayna  aqibəti  yaşamasına  gətirib  çıxara  bilər.Hesab  edirəm  ki, region  dövlətləri  mövcud  geosiyasi  vəziyyəti  düzgün  analiz  edərək  regiondakı  sabitliyi  pozabiləcək  hər  hansı  bir  addımın  vaxtında  qarşısını  almalı  və  bunun  üçün  konkret  addımlar  atmalıdır. Ermənistan  anlamalıdır  ki, regiondan  kənar  qüvvələr  Cənubi  Qafqaza  sülh  və  sabitlik  gətirə  bilməz".  

Humay İSGƏNDƏRLİ

Seçilən
67
50
Mənbələr
Şərh ()
Bağla