AZ

Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU

Azərbaycanda respondentlərin böyük əksəriyyəti Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə inanır.

Milli.Az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular bu il martın 15-18-də 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
98
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16706
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16284
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15729
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13802
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12716
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9831
"Zaur, yenə çaşdın..." - VİDEO
7977
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6670
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6353
Minimum əmək haqqı nə qədər arta bilər?
6142
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5417
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5326
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4591
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4330
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4254
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3305
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3296
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3073
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3033