AZ

Con Kribi Rusiya rəsmilərini “peyin alverçisi” adlandırdı, Zaxarova sərt cavab verdi

Bayden administrasiyasının Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi rusiyalı məmurları “peyin satıcıları” adlandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Con Kirbi bu ifadəni Rusiya hökumətinin “Crocus City Hall” kompleksində törədilmiş terror aktında Ukraynanın iştirakı ilə bağlı bəyanatını şərh edərkən işlədib.

“Balaca ferması olan əmim deyirdi ki, ən yaxşı peyin satan adam adətən o nümunəni ağzında daşıyır. Rusiya rəsmiləri, deyəsən, kifayət qədər yaxşı peyin satıcılarıdır”, – deyə Kirbi vurulayıb.

O, Kiyevin terror aktında iştirakı ilə bağlı Kremlin versiyasını “cəfəngiyyat” adlandırıb və Vaşinqton terror təhlükəsi barədə Rusiya hakimiyyətinə öncədən məlumat verdiyini xatırladıb: “Basqına görə tam məsuliyyəti “İslam Dövləti” terror təşkilatı (İŞİD) daşıyır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Teleqram” kanalında Kirbinin bəyanatına “kimi nə ağrıdırsa, ondan danışır” rus deyimi  ilə cavab verib. O, Ağ Evin bəyanatından sonra “ağzınızı sabunla yuyun” ifadəsinin ABŞ-da niyə geniş yayıldığının aydın olduğuna diqqət çəkib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla