AZ

Rusiya Ukraynanın yanacaq-energetika sektorundakı obyektlərə raket və hava zərbələri endirib

Martın 29-na keçən gecə Rusiya işğalçı qüvvələri Ukraynanın yanacaq-energetika sektorundakı obyektlərə güclü raket və hava zərbələri endirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçukun sözlərinə görə, dəf etməyə Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının zenit-raket bölmələri, mobil atəş qrupları və Ukrayna Müdafiə Qüvvələrinin elektron döyüş texnikası cəlb edilib.

Hücum zamanı düşmən 99 hava hücumu silahından istifadə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla