AZ

Yeganə məmur ərindən DANIŞDI: “Qazancı mənimkindən daha bərəkətlidir” – VİDEO 

Müğənni Yeganə Mürsəlova efirdə həyat yoldaşı Fateh Akbudakın işindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində ərinin dövlət məmuru olduğunu açıqlayıb. 

Yeganə bildirib ki, ərinin qazancı onunkundan daha bərəkətlidir: 

“Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maaş alır. Mən nə qədər çox pul gətirsəm, Fatehin gətirdiyi daha bərəkətlidir. Bir az bacıya, bir az qardaşa əl atıram. Ona görə də Fatehin qazancı daha bərəkətlidir”. 
Qeyd edək ki, cütlüyün bir oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
54
41
Mənbələr
Şərh ()
Bağla