AZ

Rusiya kəşfiyyatının “Crocus”da yaralanmış polkovniki XƏSTƏXANADA ÖLDÜ

“Crocus City Hall” kompleksində törədilmiş terror aktı zamanı güllə yarası almış Rusiya Baş Qərargahının Baş İdarəsinin (keçmiş QRU) polkovniki Timur Myasnikov dünyasını dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rusiya Zabitləri” təşkilatının Samara regional bölməsinin rəyasət heyətinin sədri Artur Malivançuk bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyat zonasından məzuniyyətə gəlmiş polkovnik oğlu və xanımı ilə birlikdə “Piknik” qrupunun konsertinə gedibmiş.

“Timur arvadını və oğlunu təhlükəsiz yerə aparnağı bacarsa da, özü güclü atəşə məruz qalıb. Ona üç güllə dəyib. Bir neçə gün ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, təəssüf ki, onu xilas edə bilməyiblər”, – deyə Malivançuk əlavə edib.

Suvorov Hərbi Məktəbinin və Hərbi Universitetin məzunu olan mərhum polkovnik Rusiya Baş Qərargahının Baş İdarəsinin tərkibində olan 3-cü Xüsusi Təyinatlı Briqadada xidmət edib. O, Kosovo və Tacikistanda döyüşüb, son iki ildə isə Şimal Hərbi Dairəsində xidmət keçib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla