Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar.
AZƏRTAC xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Əhməd Yusifov (60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Rəşad Yelkiyev (66 kiloqram) isə cəmi bir mərhələ keçə bilib. O, qırğızıstanlı Baibol Salamat Uluya qalib gəlsə də, 1/16 finalda tacikistanlı Obid Dzebovla bacarmayıb.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.