AZ

40 yaşında görünürəm - Bayden

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden yaşlaşdıqca daha daq müdrikləşdiyini,lakin 40 yaşında göründüyünü deyib.

Trend xəbərverir ki, Bayden bu barədə Nyu-Yorkda seçki kampaniyası üçün vəsaityığımı məqsədilə keçirilən tədbirdə deyib.

"Fikrimcə, müşahidə etmisinizsə, mənşəyinizdən asılı olmayaraq,yaşa dolmaq insanı müdrikləşdirir. Bununla belə, bilirəm ki, qırxyaşdan elə də yaşlı görünmürəm".

ABŞ prezidenti, həmçinin, qarşıdakı seçkilərdə əsas rəqibi olanDonald Trampı tənqid etmək fürsətini də qaçırmayıb və onungörüşlərini köhnəlmiş adlandırıb.

"Bilirsiniz, o zaman da, indi də mənim rəqibim olan bu oğlanınideyaları 18-19-cu əsrlərə aiddir", - deyə Bayden bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın5-nə təyin olunub. Respublikaçılar və ya Demokratlar partiyasındanABŞ prezidentliyinə namizədliyini irəli sürəcək şəxs əvvəlcəpraymeriz adlanan partiyadaxili seçkilərdə lazımi səsləritoplamalıdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla