AZ

Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olundu

Bakı. Trend:

Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru MuhammadYunus UNEC rektoruna müraciət edib.

Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimiuniversitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciətinəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı,professor Muhammad Yunusu müşavir təyin edib.

Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildəUNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusundabeynəlxalq konfransda çıxış edib və ona UNEC-in Fəxri professorudiplomu təqdim olunub.

Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-dəYunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobelmükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsininproblemlərinə həsr edib.

Seçilən
76
7
Mənbələr
Şərh ()
Bağla