AZ

Azərbaycanda 10 yeni su anbarı TİKİLƏCƏK

Azərbaycanda 10 yeni su anbarı inşa ediləcək.

Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyi məlumat verib.

Məlumata görə, həmin su anbarlarının 3-ü Şimal bölgəsində tikiləcək.

Nəzərdə tutulan 10 su anbarından biri də Qusarçay üzərində inşa olunacaq. Bu su anbarı həm istehlak, həm də suvarma üçün istifadə ediləcək.

Qeyd edək ki, Qusar rayonunun 29000 hektardan artıq torpaq sahəsi ərazidən keçən dağ çayları hesabına suvarılır. Rayonda suvarmanın əsas mənbəyi isə Qusarçaydır.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla