AZ

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Şuşa, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ bölgəsinə səfər edən Naxçıvandan gəlmiş şəhid ailələrinin üzvləri Şuşa şəhərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin üzvləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olub, Cıdır düzünə gediblər. Həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşanın tarixi-mədəni abidələrini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Şəhid ailələri Xocavənd rayonuna da səfər edəcək. Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil olunub.

Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla