AZ

“Bu, söz azadlığının pozulmasıdır” – Solovyovdan ermənilərin qadağasına reaksiya

Ermənistan hakimiyyətinin “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” verilişlərinin ölkədə yayımını qadağan etmək qərarı söz azadlığının pozulmasıdır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri NEWS.ru-ya müsahibəsində Rusiya Jurnalistlər Birliyinin (SJR) rəhbəri Vladimir Solovyov deyib.

Onun sözlərinə görə, Ermənistanın xeyli sayda sakini rus dilini bilir və rus verilişlərini dinləməyə öyrəşib.

Solovyov deyib: “Hətta fərdi proqramların qadağan edilməsi bəyan edilmiş söz və məlumatın yayılması azadlığının əsl pozulması olardı”.

O vurğulayıb ki, İrəvan dəfələrlə Rusiya televiziya kanallarının və radiostansiyalarının ölkədə yayımını dayandırmağa cəhd edib.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan hakimiyyəti teleaparıcı Vladimir Solovyovun verilişlərinin ölkədə yayımını qadağan etmək qərarına gəlib.

Musavat.com

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla