AZ

"Hansı müəllimi 65 yaşında təqaüdə göndərmək istəyirsən, razı olmur" - Siyavuş Novruzov

"Azərbaycanda pensiya yaşı kateqoriyalar üzrə müəyyənləşdirilməlidir, bir çox müəssisələrdə çalışanlar 65 yaşında təqaüdə çıxmaq istəmir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

"Bu gün hansı müəllimi 65 yaşında təqaüdə göndərmək istəyirsən, razı olmur. Deyir ki, niyə təqaüdə getməliyəm, hələ indi yeni öyrəndiyim məlumatları şagirdlərə ötürürəm? Həmçinin məktəblərdə 65 yaşında doktorluğu müdafiə edib alimlik dərəcəsini yeni alan adamlar var. Tibb müəssisələrində çalışanlar da pensiya yaşı ilə razılaşmır. Hətta müddətin 1-2 il uzadılmasını xahiş edirlər. Pensiya yaşının təyinatı kateqoriyalar üzrə müəyyən edilməlidir”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla