Cənubi Afrikanın şimalında sərnişin avtobusunun körpüdən aşması nəticəsində 45 nəfər ölüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu Limpopo sərhəd bölgəsində körpüdən aşıb.
Qəzada avtobusda olan sərnişinlərdən 45-i həyatını itirib, 8 yaşlı uşaq isə yaralı halda xilas edilib.
Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa qəzanın səbəblərinin araşdırıldığını bildirib.