AZ

Alman nəhəngi Arda Gülərə "elçi düşdü"

Almaniyanın "Bayern" klubu "Real Madrid"in türkiyəli ulduzu Arda Güləri heyətinə qatmaq niyyətindədir.

BAKU.WS İspaniya mətbuatına istinadən xəbər verir ki, klub gənc futbolçu üçün hərəkətə keçib.

"Bayern" rəsmilərinin "Real Madrid"in prezidenti Florentino Pereslə yaxşı münasibətdə olduğu və alman rəsmilərin Arda Gülər ​​üçün sürpriz təklif edə biləcəyi iddia edilib.

Qeyd edək ki, mövsümün əvvəlində "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan gənc ulduz İspaniya nəhəngi ilə 7 matçda forma geyinib. Türkiyə millisinin futbolçu bu görüşlərdə 1 qol vurub.

Seçilən
132
26
Mənbələr
Şərh ()
Bağla