AZ

SON DƏQİQƏ! İrəvanda millətçilərin mənzillərində və ofislərində AXTARIŞLAR APARILIR

Ermənistan hüquq-mühafizə orqanlarının nümayəndələri İrəvanda millətçi “Milli Demokratik Qütb” siyasi hərəkatının üzvü Jirayr Sefilyanın mənzilində axtarış aparır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, səhər saatlarından Milli Təhlükəsizlik Xidməti və polis hərəkat üzvlərinin və tərəfdarlarının mənzillərində, eləcə də ofislərində kütləvi axtarışlar aparır.

Məlumata görə, təşkilat fəalları Karo Yeqnukyan, Aşot Petrosyan, Vaaqn Avaqyan və Vahe Qasparyanın mənzillərində də axtarışlar aparılır.

Axtarışlar nəticəsində sənədlər, o cümlədən silah-sursat aşkar edilərək götürülüb.

Xüsusən də təşkilatın ofisindən 2 ədəd qumbara aşkar edilib.

Bundan əlavə, erməni polkovnik Volodya Avetisyanın evində də axtarışlar aparılıb.

Musavat.com

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla