AZ

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:

“Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi, UNEC missiyasına töhfə vermək istəyini bildirib. Müraciətini nəzərə alaraq onu bu gün UNEC rektorunun müşaviri təyin etdim.

UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel mükafatı laureatı professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm”, - rektor bildirib.

Seçilən
25
13
Mənbələr
Şərh ()
Bağla