AZ

Allerqoloq Reyhan Paşayeva: "Yazda allergiyası olan insanların günün birinci yarısında açıq havada gəzməsi məsləhət deyil"

Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, burun tutulması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.
 
Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza “xəstəliklər fəsli” də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit və s. xəstəlikləri yaz fəslində daha da ağırlaşır.
 
Bu barədə Aztibb.az-a Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Pulmonologiya şöbəsinin müdiri, həkim-allerqoloq Reyhan Paşayeva mövsümi allergik xəstəliklərlə bağlı məlumat verərkən bildirib.
 
Şöbə müdiri bildirib ki, yazda mövsümü xəstəliklər deyəndə, əsasən allergik xəstəliklər nəzərdə tutulur: “Başqa fəsillərdə biz xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürük. Amma yazda allergiyası olan insanlara günün birinci yarısı, xüsusən də 10-11 arası açıq havada gəzməyi məsləhət görmürük. Əgər allergiyası olan adam günün bu saatlarında açıq havaya çıxmaq məcburiyyətindədirsə, maskadan istifadə etməlidir. Çünki səhər saatlarında tozlanma daha çox olur”.
 
Reyhan Paşayeva qeyd edib ki, evlərin havalandırılmasının da günorta-axşam saatlarında edilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, səhər saat 5-dən 11-ə qədər avtomobillərin pəncərəsini də açmaq məsləhət görülmür.
Seçilən
87
50
Mənbələr
Şərh ()
Bağla