AZ

“Emil Ukraynanın təzyiqinə baxmayaraq, yığmamızda debüt etdi” - Erkin İbrahimov şok sirri açdı

Bakıda keçirilən “FİFA series – Edition 2024” turniri bir neçə əlamətdar hadisəylə yadda qaldı.

Bunlardan biri də azərbaycanlı futbolçu Emil Mustafayevin əsas yığmadakı debütü oldu. O, həm Monqolustan, həm də Bolqarıstan ilə oyundan sonradan meydana çıxdı. “Polesye”nin hücumameyilli yarımmüdafiəçisinin çıxışını dəyərləndirməsi üçün menecer Erkin İbrahimovla danışmağı lazım bildik:

“Çox sevindirici haldı ki, Emil kimi gənclər Azərbaycanı seçir. Bildiyimə görə, millimizin skautu İlqar Qurbanovun bu işdə böyük rolu olub. Bir ildən çox idi tərəflər arasında danışıqlar gedirdi. Həmçinin futbolçunun atası prinsipial mövqe tutdu və Emil Ukraynanın təzyiqinə baxmayaraq, yığmamızda debüt etdi. Yığmaya belə gənc və perspektivli futbolçular dəvət olunmalıdı. Deyirlər ki, “arifə bir işarə yetər”. Çoxu düşünürdü ki, Mustafayevə milliyə uyğunlaşmaq üçün çox vaxt lazım olacaq. Lakin o, bir neçə dəqiqə ərzində bunu bacarıb meydanda yaxşı oyun göstərdi. Emilin məqsədi daim topu irəli aparmaq və rəqib qapısı önündə təhlükə yaratmaq idi. Bunu da demək olar ki, bütün fürsətlərdə bacardı. Onsuz da yığmamızın orta xətt oyunçuları yaşlanır. Məncə, indidən əsas heyət üzvü olmalıdı. Təəssüf ki, bizim məşqçilər səhvə yol verir. Məsələn, Arif Əsədov işsiz qalsa, vətənpərvərlikdən danışmağa başlayacaq. Kimə lazımdı Ozobiç, Ozancan? Bizə nə xeyir verəcəklər? Emil hər iki oyunda əsas heyətdə oynamalıydı. Məşqlərdə də görünürdü ki, Mustafayev mövqeyindəki rəqiblərindən seçilir. Ümid edirəm ki, yeni baş məşqçi bu detallara önəm verəcək”.

KƏNAN BAHADIR
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla