AZ

Neymar Messidən DANIŞDI: "Onunla yenidən..." 

“Əl-Hilal”ın hücumçusu Neymar Lionel Messi ilə eyni komandada oynamaq arzusunda olduğunu bildirib.

 

Sfera.az bildirir ki, o, ABŞ-də oynamaq istədiyini də söyləyib:

 

"Ümid edirəm ki, biz Messi ilə yenidən birlikdə oynaya bilərik. Əslində, mən ABŞ-də də oynamaq istərdim. Ən azı bir mövsüm orada oynamaq xoş olardı".

 

Qeyd edək ki, Neymar indi Braziliya millisində oynayarkən aldığı zədəyə görə reabilitasiyadadır. Ötən yay "Əl-Hilal" Neymar üçün PSJ-yə 90 milyon avro ödəyib. 32 yaşlı forvard Səudiyyə klubunda cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

Seçilən
54
35
Mənbələr
Şərh ()
Bağla