![Yunanıstanda](https://azertag.az/files/2024/1/1200x630/1711703879544035711_1200x630.jpg)
Bakı, 29 mart, AZƏRTAC
Yunanıstanın cənubunda yerli vaxtla təxminən səhər saat 09:12-də Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bütün bölgədə hiss edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Pirqosdan 56 kilometr cənub-qərbdə yerləşib.
Hələ ki, dağıntılar və tələfat barədə məlumat verilmir. Müvafiq orqanlar hazırda Yunanıstan sahilləri boyunca potensial sunami riskini qiymətləndirirlər.
Aktiv seysmik zonada yerləşən Yunanıstan tez-tez zəlzələlərlə üzləşir. Xoşbəxtlikdən onların əksəriyyəti minimal zərər və itkilərlə ötüşür.