Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında təcili tibbi yardım vertolyotlarının alınmasını təklif edib. Onun sözlərinə görə, Rusiyada baş verən hadisələrdən sonra bu məsələ barədə düşünmək lazımdır: “Çox yaxşı olardı ki, təcili tibbi yardım vertolyotları alınsın. Vətən müharibəsi dövründə yaralıları Badmadardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara gedirdilər. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə olsa, necə olar?! Bakıda sıxlıq çoxdur. Yaralıları təcili tibbi yardım maşını ilə daşımaq mümkün olacaqmı?”, deputat qeyd edib.