Bloger və müğənni Seva Qasan illər öncə dünya şöhrətli Ledi Qaqanın etdiyi kimi ətdən paltar geyinib. Müğənni həmin görüntülərini social şəbəkə hesabında paylaşıb.
Lent.az-ın xəbərinə görə, o, ət parçalarından ibarət qısa paltar geyinib, küçəyə çıxıb.
O, həmin libasda “Fəvvarələr meydanı” ərazisində gəzib-dolaşıb. Seva paylaşımına “Bəli, dostlar, bu işi görmək asan deyildi. Əvvəl cəsarət lazımdır. O da ki, məndə. Hava dəhşət soyuq idi. Geyim özümə aiddir. İdeya, tikiş, dizayn... Çiy ətdən ayaqqabı, saç aksessuarı, libas... Azərbaycanda və digər ölkələrdə ilk dəfə mən etdim”,- şərhini yazıb