AZ

Azərbaycanlı müğənni çiy ətdən paltar və ayaqqabı geyinib küçəyə çıxdı

Bloger və müğənni Seva Qasan illər öncə dünya şöhrətli Ledi Qaqanın etdiyi kimi ətdən paltar geyinib. Müğənni həmin görüntülərini social şəbəkə hesabında paylaşıb.

Lent.az-ın xəbərinə görə, o, ət parçalarından ibarət qısa paltar geyinib, küçəyə çıxıb. 

O, həmin libasda “Fəvvarələr meydanı” ərazisində gəzib-dolaşıb. Seva paylaşımına “Bəli, dostlar, bu işi görmək asan deyildi. Əvvəl cəsarət lazımdır. O da ki, məndə. Hava dəhşət soyuq idi. Geyim özümə aiddir. İdeya, tikiş, dizayn... Çiy ətdən ayaqqabı, saç aksessuarı, libas... Azərbaycanda və digər ölkələrdə ilk dəfə mən etdim”,-  şərhini yazıb

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla