AZ

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Ukraynaya

Kiyev, 29 mart, AZƏRTAC

Martın 29-na keçən gecə Rusiyanın Ukrayna ərazisinə raket hücumu nəticəsində altı bölgənin enerji infrastrukturu zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib.

“Bu gecə Rusiya Ukraynanın enerji sisteminə barbar hücumlarını davam etdirdi. Dnepropetrovsk, Vinnitsa, İvano-Frankovsk, Lvov, Çerkazi, Çernovtsı bölgələrinin enerji infrastrukturuna ziyan dəyib”, deyə Şmıqal əlavə edib.

Ölkənin bəzi bölgələrində enerji verilişinin təminində problemlər yarandığını bildirən Baş nazir deyib: “Ukraynanın kritik infrastrukturu və əhalini qorumaq üçün daha çox hava müdafiə sisteminə ehtiyacı var. Bu, beynəlxalq tərəfdaşlarımızla söhbətin əsas mövzusudur”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla