AZ

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Sumqayıt, 29 mart, Ətrabə Rzayeva, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkında "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Pakdan AZƏRTAC-a bildirilib ki, aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə, təbiətə töhfə verməkdir.

Aksiya zamanı ağaclar əkilib, ərazidə olan yaşıllığa aqrotexniki qulluq göstərilib.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla