AZ

Bu şəxslər də güzəştli ipotekadan yararlana biləcəklər? 

“Təmsil etdiyim Biləsuvarda mövcud olan Mübariz İbrahimov adına Təhsil kompleksində 25 şəhid övladı müəssisənin hesabına tam formada, 17 müharibə iştirakçısının uşağı isə 50 faiz güzəştlə təhsil alır”.


Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

“O cümlədən digər özəl orta təhsil müəssisələrində bununla bağlı xeyli nümunə var. Yəni özəl təhsil müəssisələrimiz sosial məsuliyyətlərini kifayət qədər yaxşı anlayır.Belə bir məqamda biz də o müəssisələrin özlərinin də problemlərinə həssaslıqla yanaşmalıyıq. Məsələn, o müəssisələrin müəllimləri də dövlət məktəblərindəki hüquqi imkanlardan faydalana bilməlidir. Bu gün özəl təhsil müəssisələrin müəllimləri baxmayaraq ki, bir qayda olaraq dövlət məktəblərindən daha yaxşı ödəniş qabiliyyətinə malikdirlər, amma dövlətin güzəştli ipotekasından yararlana bilmir”. 

 

“Bu mənada aidiyyəti strukturlardan mövcud situasiya fonunda bu problemin aradan qaldırılmasına yardımçı olmağı xahiş edirik. Yəni bunun üçün heç bir maliyyə xərci tələb olunmur, sadəcə özəl təhsil müəssisələrinin müəllimlərinə imkan verilməlidir ki, öz hesablarına güzəştli ipoteka kreditindən faydalana bilsinlər”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva 

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla