AZ

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Donald

Bakı, 29 mart, AZƏRTAC

Polşanın Baş naziri Donald Tusk Ukraynadakı müharibənin uzana biləcəyini və nəticədə Avropa İttifaqının öhdəliklərinin də artacağını ehtimal edir.

AZƏRTAC xəbər verir ki, Polşa hökumətinin başçısı bunu İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

“Biz uzunmüddətli perspektivdə Ukraynadakı müharibə haqqında düşünməli ola bilərik. Bu o deməkdir ki, Avropa ölkələrinin üzərinə getdikcə daha çox öhdəliklər düşəcək”, - deyə Donald Tusk bildirib. Onun sözlərinə görə, Ukraynanın hazırkı vəziyyəti bir il əvvəlkindən xeyli çətindir, lakin müharibənin əvvəlinə nisbətən xeyli yaxşıdır.

“Biz Ukrayna üçün avadanlıq və sursat almaq üçün əlimizdən gələni etməliyik. Çünki Avropa II Dünya müharibəsindən sonra ən kritik dövrünü yaşayır. Növbəti iki il hər şeyi həll edəcək. Kiyevi kifayət qədər texnika və sursatla təmin edə bilməsək, Ukrayna məğlub olacaq və Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək”, - deyə Baş nazir vurğulayıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla