Bu gün futbol üzrə ölkə çempionatında sonuncu – 4-cü dövrə start götürür.
Saat 19.00-da başlayacaq "Kəpəz" - "Qarabağ" oyunu ağdamlılara tarixindəki 11-ci çempionluğu qazandıra bilər. Bəs klubun əsas fanat qrupu olan “İmarət Tayfa” xüsusi hazırlıq görübmü? “İmarət”in liderlərindən Elnur Quliyevin cavabı:
“Bu tur çempion olmağımız hələ dəqiq bilinmir, gələn tura da qala bilər. Xüsusi hazırlaşmamışıq, həmişəki kimi şüarlarımızı səsləndirəcəyik”.
ELMİN