AZ

Azərbaycanda Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə böyük inam var - SORĞU

Azərbaycanda respondentlərin böyük əksəriyyəti Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə inanır.

BAKU.WS xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular bu il martın 15-18-də 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Seçilən
112
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16859
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16424
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15805
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13929
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12857
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9884
"Zaur, yenə çaşdın..." - VİDEO
8029
Çingiz Mustafayevin toyudur - FOTOLAR
7233
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6437
Minimum əmək haqqı nə qədər arta bilər?
6193
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5583
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5385
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4657
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4368
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4333
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3457
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3332
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3327
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3106