AZ

Elşad Qarayev Ağadadaş Ağayevi duelə çağırdı

Müğənni Elşad Qarayev Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıb. 

Lent.az xəbər verir ki, ifaçı bunu “Rəngarəng səhər” verlişində deyib. 

Buna səbəb isə Xalq artisti Ağadadaş Ağayevin Elşad Qarayevin ifasını bəyənməməsi və onu tənqid etməsidir. 

"Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm... Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam", -  Elşad Qarayev bildirib. 

Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl özünə məxsus “Necə deyim” mahnısını ifa edən Elşad Qarayevi tənqid etmişdi. O, mahnısının dəyişilməsi ilə bağlı irad bildirmişdi. 
 

Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla