AZ

Elgiz: "Ziyana düşdüm, bankrot oldum"

Teleaparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqəti üzərinə çəkməyi bacarıb.

Publika.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, aparıcı bu dəfə toyundan danışıb.

Toy adətlərindən söz salan E.Əkbər öz toyundan ciddi maddi itkilərlə çıxdığını bildirib:

"Mənim toyum olan ərəfələrdə 1 dollar 78 qəpik idi. Hamı da dollar salmışdı toya. İndi görün mən nələr çəkirəm. Mən ziyana düşdüm, bankrot oldum. Ucdantutma hamı dollar atmışdı. Çoxu da 200 dollar... Kimin ağlına gələrdi ki, dollar bir gecədə qalxacaq. İndi mən məcburam ki, mənim toyuma 200 dollar yazdıran adamın toyuna 200 dollar salam. O alıb 78 qəpikdən, mən alıram 1 manat 70 qəpikdən..."

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla