AZ

Böyük Britaniya iqtisadiyyatı 2023-cü ilin son rübündə daraldı


7NEWS.az xəbər verir ki, Britaniyanın Milli Statistika İdarəsi (ONS) ötən ilin dördüncü rübündə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlı yekun məlumatları açıqlayıb. Açıqlanan məlumatlara görə, ölkə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə yüzdə 0,1, dördüncü rübdə isə yüzdə 0,3 azaldıqdan sonra ardıcıl iki rüb kiçildi. Beləliklə, Britaniya iqtisadiyyatının ötən ilin ikinci yarısında texniki tənəzzül yaşadığı təsdiqləndi. Ötən ilin dördüncü rübündə hər üç əsas sektorda azalma olub. Xidmət sektoru 0,1 faiz, sənaye sektoru 1,1 faiz, tikinti sektoru 0,9 faiz azalıb.

7NEWS.az
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla