AZ

İrəvanda 40-a yaxın ünvanda axtarışlar GEDİR

Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə silahlı hücumla bağlı istintaq davam edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan "Sputnik Armenia"ya bildirib.

 

O deyib ki, terror aktı işi çərçivəsində hazırda 40-a yaxın ünvanda axtarışlar aparılır və digər istintaq hərəkətləri də həyata keçirilir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl radikal "Sasna Tsrer" qrupunun üzvləri İrəvandakı polis bölmələrindən birinə basqın etmişdilər.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla