AZ

Yunanıstanda zəlzələ olub

Yunanıstanın cənubunda 5,7 və 5,6 bal gücündə iki zəlzələ baş verib.

“İki sahil”in CNN-ə istinadla verdiyi xəbərə görə,Yunanıstanın qərb sahilində, Filiatra sahillərində yerli vaxtla saat 09.12-də zəlzələ baş verib.

5,7 bal gücündə zəlzələ Yunanıstan materikinin şərq sahilində yerləşən Afinada da hiss olunub.

Zəlzələnin episentri Filiatra şəhərindən 36 kilometr aralıdadır.

Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi (EMSC) və Yunanıstan Geodinamika İnstitutu zəlzələnin maqnitudasını 5,7, Amerika Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,8 olaraq açıqlayıb.

"Kathimerini" qəzeti İon dənizində 4,5 bal gücündə daha bir zəlzələ olduğunu yazıb.

Eyni zamanda, nəşr hər iki zəlzələnin paytaxt Afinada hiss olunduğunu da bildirib.

Seçilən
75
50
Mənbələr
Şərh ()
Bağla