AZ

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: Ohanyan həbs olunaraq Bakıya gətirilməlidir! - AÇIQLAMA

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: Ohanyan həbs olunaraq Bakıya gətirilməlidir! - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. İllər keçməsinə baxmayaraq, Xocalı qatili təxribatlarına davam edir və sülhün qarşısını almaq üçün əlindən gələni edir. Faktiki olaraq, Azərbaycan torpaqlarına qanunsuz olaraq girib və təxribat törətməyə çalışır. Müharibəyə çağırışlar edən, o cümlədən Azərbaycan kəndlərinə icazəsiz daxil olan Seyran Ohanyan həbs olunaraq Bakıya gətirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Konstitusiya Araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, ilk fürsətdə Seyran Ohanyan, o cümlədən Xocalı soyqırımında iştirak edən caniləri Azərbaycana gətirərək cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmalıyıq:

"Artıq bir çoxları şahid oldu ki, etdikləri cinayətlərə görə separatçılar Azərbaycan məhkəməsi qarşısında cavab verir. Eyni zamanda Ohanyanın həbs olunması üçün kifayət qədər əsas var. Bu cani müharibəyə açıq şəkildə çağırışlar edir, Xocalı soyqırımını törətmiş əsas separatçılardan biridir. Mütləq şəkildə Azərbaycana təhvil verilməli və həbs olunmalıdır. Şübhəsiz ki, bu adam Azərbaycan məhkəmələri qarşısında dayanacaqdır. Məsələnin digəri tərəfi var. Son zamanlar Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılması istiqamətində mesajlar verir. Eyni zamanda Ermənistan hökuməti tərəfindən bu kəndlərin qaytarılması ilə bağlı pozitiv fikirlər səsləndirilib. Onlar bu kəndlərin Azərbaycanın olduğunu etiraf edir və ərazilər üzrə danışıqlar gedir. Nazirlər Kabinetinin sədrinin müavini Şahin Mustafayevdə bu kəndlərin qaytarılmasının zərurətini vurğulayıb. Danışıqların getdiyi bir zamanda Ohanyan kimi caninin Azərbaycan kəndlərində təxribat törətməsi qəbuledilməzdir".

Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri bir neçə saat ərzində bu kəndləri geri qaytara bilər. Ermənistan siyasi-hərbi rəhbərliyi ilə bağlı addımlar atmalıdır. Ermənistanda revanşistlər və müharibəyə təhrik edən şəxslər var. Eyni zamanda müharibəyə təhrik edən dövlətlərin fəaliyyətini və burada Fransanı xüsusi qeyd etmək lazımdır:

" Fransa Ermənistanı mütəmadi olaraq silahlandırılmağa çalışır. Sülh müqaviləsinin bağlanmasına əngəl törətmək və Cənubi Qafqazda muhairbə ocağı yaratmağa çalışırlar. Onlar Ohanyan kimi terrorçulara dəstək verirlər. Biz Fransanın terrorçuluğa dəstəyini Qarabağın işğal vaxtı şahidi olmuşuq. Cinayət əməllərinin törədilməsində bu dövlət bilavasitə iştirak etmişdir. Görünür Ohanyanın Azərbaycan kəndlərində təxribat törətmək cəhdində, onu bu amillər cəsarətləndirib. Ohanyanın Azərbaycan həbsxanalarına gətirilməsi artıq yaxındır. Çünki bizim xüsusi xidmət orqanları bu məsələni layiqincə həll ediləcək. Ohanyan terrorçuluğu dəstəkləyən dövlətlərin təsiri ilə cəsarətlənir və qanunsuz olaraq ərazilərə daxil olub təxribat törətməyə çalışır".

Hüquqşünas deyib ki, Dünənləri Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev Ermənistanın terrorçuluq əməllərindən və revanşist dairələrin baş qaldırdığını xüsusilə diqqətə çatdırıb. Elə məhz Seyran Ohanyan buna görə həvəslənib:

"Amma bu onda həvəs olaraq qalmaqda davam edəcək. Seyran Ohanyan və digər şəxslər Bakıya gətirilərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan hökuməti hesab edir ki, bu məsələ danışıqlar yolu ilə olunmalıdır. Bu mesajlar Ermənistan siyasi rəhbərliyinə verilir. Ermənistan siyasi-hərbi rəhbərliyi Ohanyan kimi cinayət törətmiş şəxslərə qarşı tədbirlər görməlidir. Əgər bu tədbirlər görülmürsə biz onlara bu istiqamətdə köməklik edə bilərik. Xüsusi cinayət törətmiş şəxslərə qarşı Ermənistana dəstək göstərə bilərik. Azərbaycan xüsusi xidmət orqanları yüksək peşəkarlığa malikdir. Bu baxımdan Ohanyana və dəstəsinə qarşı adekvat tədbirlər görüləcəkdir".

Qeyd edək ki, Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Eyni zamanda, Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Sevda Səfərova

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla