- Milli komandanın oyunlarına görə yaranan qısa fasiləni necə dəyərləndirdiniz? - Fasilə yaxşı keçdi. İstirahət etmək üçün bir neçə günümüz oldu. Bunu dəyərləndirdik.
- Yeni baş məşqçiniz Krunoslav Renduliçlə söhbətiniz oldumu? - Bəli, bir neçə dəfə danışdıq. Hədəflərimiz, planlarımız haqda söhbətimiz oldu. Fərdi olaraq da danışdıq. Bəzi mövqedə hərəkətlərim haqda müsbət müzakirələr apardıq.
- Adınız Türkiyə klubları ilə hallanır... - "Sabah"da xoşbəxtəm. Buradayam və tək düşündüyüm komandama kömək etməkdir.
- Turnir cədvəlində ikinci pillədəsiniz. Hədəf avrokuboklara vəsiqə, ya sırf gümüş medallardır? - Hədəfimiz dəyişməz olaraq qalır. Minimum avrokuboklar, maksimum gümüş medalçı olmaqdır. Asan olmayacaq, amma hər oyunda qələbə qazanmalıyıq. İrəli getmək üçün yaxşı keyfiyyətimiz var.
- Növbəti rəqib "Zirə" olacaq və avrokubok mübarizəsində əsas rəqiblərinizdəndirlər... - "Zirə" yaxşı komandadır. Oyunun mahiyyətini dərk edirik və bilirik ki, asan olmayacaq. Rəqib son oyunda qələbə qazanıb və bizimlə matça inamlı çıxacaqlar. Görüşü səbirsizliklə gözləyirik.