AZ

Nejat İşler: "Hər gün ölümü düşünürəm"

"Mən hər gün ölümü düşünürəm".

Kulis.az xəbər verir ki, bu sözləri məşhur türkiyəli aktyor Nejat İşler deyib.

O, əlavə edib:

"Bizim nə düşünməyimizin heç bir əhəmiyyəti yoxdur, indi bütün məsələləri başqaları həll edir. Artıq stadiona belə getmək istəmirəm. Bir azarkeş hakimə yumruq vurur. Ürəkbulandırıcı haldır. Hər şeyə küsmüşəm".

Bir müddət "Gümüşlükspor"un prezidenti olan İşler sözlərini belə davam etdirib: "Orada hər şey təmiz idi. Burada xaotikdir. Futbol yox, başqa şeylər oynanılır. Hər gün ölümü düşünürəm. Dünyada öləcəyini bilən, sadəcə, bizik. Unutmaq üçün çalışıram, amma xoşbəxt deyiləm. Çünki xoşbəxtlik məndən çox uzaq ölkə kimidir".

Qeyd edək ki, aktyor illər əvvəl ağciyər infeksiyasına yoluxduğu üçün 3 ay reanimasiyada müalicə alıb.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla